“Curiosity” cihazı Marsda orqanik molekullar aşkar edib

29-11-2012, 07:44
Oxunub: 1589


"Curiosity” cihazı (robot) Marsda orqanik (üzvi) molekullar tapmışdır, hansı ki bunları yer üzündə yaşayan canlı orqanizmlərdə mövcud olan bioloji molekulların ilkin formaları hesab etmək olar. Düzdür, bu hələki yalnız ilkin məlumatlardır, lakin alimlər onların həqiqiliyini yoxlamaq və sübut etmək üçün araşdırmalar aparacaqlar. Məlumatların təsdiq olunduğu təqdirdə Qırmızı planetdə hər hansı canlı həyat formasının mövcudluğu barədə danışmaq mümkün olacaq. Marsoxodun Qırmızı planetdə qeyri-adi nəsə tapması haqda şayiələr çoxdan mövcuddur. Onların əsas mənbəyi isə NASA ekspertləri özləri olmuşdur. Hansı ki, 3 dekabr 2012-ci ildə geniş mətbuat konfransı keçirəcək və burada Marsa aid çox mühüm kəşflər haqqında danışacaqlar. Buna baxmayaraq, reaktiv hərəkət laboratoriyasının rəhbəri Çarlz Elaçi özünü saxlaya bilmədi və bəzi təfərrüatlar artıq hamıya məlum olmağa başladı. Roma universitetində (Sapienza – Università di Roma) keçirilən konfransda Elaçi bəyan etdi ki, "Curiosity” marsoxodu (bu Qırmızı planet, yəni Marsda gəzən aparatdır) Qırmızı planetdə sadə orqanik (üzvi) molekullar aşkar etmişdir. Bunun həqiqət olub-olmadığını isə  ekspertlər, onlara lazım olan bütün zəruri məlumatlar daxil olduqdan sonra 3 fevral 2013 tarixində araşdırmağa başlayacaqlar və bu məsələni çözməyə çalışacaqlar. Qeyd edək ki, bu məlumat təsdiqini tapsa belə, açığa çıxacaq məlumat və kəşflər Marsda mütləq həyatın olduğu və ya nə vaxtsa mövcud olduğu anlamına gəlməyəcək. Burda söhbət üzvi, lakin bioloji olmayan molekullardan gedir. Amerikanın  bu cihazı hələ ki sonuncuları tutmaq iqtidarında deyil. Lakin planetoloqlarda bu unikal tapıntıyla bundan sonra nə edəcəklərini müəyyən edən və "Marsda həyat varmı?” sualına cavab almağa yaxınlaşdıracaq yeni məlumatlar olacaq. Əlavə edək ki, daha əvvəl "Viking” proqramı çərçivəsində çalışan alimlər də Qırmızı planetdə orqanik molekulların mövcudluğu haqqında iddia qaldırmışdılar, lakin sonradan bu kəşf öz təsdiqini tapmadı. 
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti