Putindən miqrantlara "sertifikat" qərarı

19-11-2012, 10:15
Oxunub: 2511
Bu qanunu qəbul etməkdə əsas məqsəd Rusiyanın miqrantları tam nəzarətə almasıdır.


Rusiyanın Prezidenti Vladimir Putin "Rusiya Federasiyasındakı, xarici vətandaşların hüquqi vəziyyəti" və təhsil haqqında qanuna əlavə dəyişikliklər barədə qərarı imzalayıb. Dəyişikliklərə əsasən ticarətdə və xidmət sahələrində işləyən miqrantlar, rus dilini bilməlidirlər. Bunun üçün xüsusi mexanizm hazırlanıb, mexanizm ondan ibarətdir ki, xaricilər rus dilində imtahan verməlidirlər, ondan sonra onlar üçün sertifikat veriləcək. Bu sertifikata sahib olmayan xarici vətəndaşlara isə işləmək hüququ verilməyəcək. İmtahanda iştirak etmək istəyən 160 dollar ödəməli olacaqlar. Miqrantlar bu imtahanı keçmədən işləyə bilməyəcəklər. Bu qanunu qəbul etməkdə əsas məqsəd Rusiyanın miqrantları tam nəzarətə almasıdır. 

Ekspertlərin fikrincə bu Azərbaycanada toxunacaq. Vətənində iş yerin tapa bilməyən və Rusiyaya üz tutan insanların rus dilini bilməyən hissəsi böyük çətinliklərlə üzləşəcəklər. Buna görə bu qanun qəbul olunduğundan sonra bizim vətəndaşlaqrımızın çoxu üçün Rusiyada iş imkanları bağlanacaq, onlar alternativ axtarmağa məcbur olacaq. Həmçinin bu qanun qəbul edildikdən sonra, Rusiyadan deportasiya hallarının artması proqnozlaşdırılır. Bu qanunun qəbul olunmasında, Azərbaycan üçün təzyiq kimi qiymətləndirilməməsidə gözdən qaçırılmamalıdır. Azərbaycanın isə bu məsələdə hansı addımlar atacağı bəlli deyil.

Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti