Parisdəki hücuma görə İŞİD məsuliyyəti öz üzərinə götürüb - YENİLƏNİB

21-04-2017, 11:46
Oxunub: 217
Hücum edən şəxsin öldürüldüyü bildirilir


Parisin mərkəzində silahlı şəxs insanlara hücum edib.

Məşhur Champ Eyless bulvarında baş verən insident zamanı 1 polis ölüb, 1i yaralanıb, hücum edən şəxsin də öldüyü bildirilir. 

* * *

Beynəlxalq terror təşkilatı “İslam dövləti” (İŞİD) Parisdə polislərə hücuma görə məsuliyyəti öz üzərinə götürüb.

Bu barədə “Reuters” məlumat yayıb.

Məlumatda hücumun İŞİD “əsgərlərindən” birini törətdiyi bildirilir, bu, Belçika vətəndaşı Abu Yusifdir.

Fransa prezidenti Fransua Olland televiziya vasitəsilə etdiyi müraciətində bildirib ki, aprelin 21-də təhlükəsizlik, müdafiə və kəşfiyyat məsələləri üzrə təcili iclasın keçiriləcəyini bəyan edib.

Polislərə hücum aprelin 20-də baş verib. Xidməti avtomobilin yanında dayanan digər avtomobildən enən kişi polislərə atəş açıb. Polis əməkdaşlarından biri hadisə yerində ölüb, digər iki polis yaralanıb. Daha sonra yaralı polislərdən biri xəstəxanada keçinib. Cinayətkar zərərsizləşdirilib, amma onun əlbiri hadisə yerindən qaçıb.

Parisdə xüsusi əməliyyatlar keçirilir. İkinci şübhəli şəxsin axtarışı aparılır. Polisin məlumatına görə, şübhəli bilinən şəxs Parisə Belçikadan gəlib.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti