Mursinin müşavirləri istefa verir

6-12-2012, 09:46
Oxunub: 1399
Misir xalqı prezident Məhəmməd Mursinin vəzifələrini genişləndirməsinə etiraz edir


Misirdə prezident Məhəmməd Mursinin səlahiyyətlərini genişləndirməsinə etiraz üçün küçələrə çıxan etirazçılar istəklərinə çatırlar.
Etatist.com-un Habertürk-ə istinadən verdiyi məlumata görə, Qahirdə keçirilən etiraz aksiyaları zamanı baş verən qarşıdurma zamanı 300 nəfər yaralanıb, biri qadın olmaqla 3 nəfər həlak olub.
Prezident sarayının ətrafından ara-sıra atəş səslərinin eşidildiyi barədə də xəbərlər yayılmaqdadır.
Yayılan xəbərlərə əsasən, Mursinin üç müşaviri olaylara etiraz olaraq, istefa edib.

Prezidenti müavini Mahmud Məkki dekabrın 15-də keçiriləcək referendumadək müxalifəti danışığa çağırıb.

Mursinin müşaviri Abdulfettah, televiziya kanallarının birində, canlı yayımda, Qahirədə Prezident Sarayı önündəki hadisələri işarə edərək, "Prezidentin Müşavir Heyətindən istefa ettiyimi elan edirəm. Çünki, inqlabı qoruyan bu gənclərin ölməsini qəbul edə bilmirəm" deyib. Abdulfettah bir həftə öncə istefa etdiyini, lakim bunu mediaya demədiyini çatdırdı.

Mursinin Ərəb dünyası işlərinə cavabdeh olan müşavirləri Seyfuddevlə, bir başqa müşaviri Amr Leysi də mediaya istefa etdiklərini dedi.

Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti