Misirdə vətəndaş müharibəsi başlayıb

5-12-2012, 23:38
Oxunub: 1389


Qahirədə prezident sarayının yaxınlığında liberallar və islamçılar arasında qarşıdurma davam edir. Qarşı duran tərəflər bir-birinə daş atır, əlbəyaxa dava edirlər. Misir televiziyası hadisə yerindən canlı reportaj verir.
Bir neçə saat əvvəl sarayın qarşısındakı meydan islamçıların nəzarətinə keçib. Onlar liberalların qurduğu çadır düşərgəsini ləğv ediblər. Hazırda liberallar meydanı geri qaytarmaq üçün geri qayıdırlar. Onlara futbol fanatları da qoşulublar. Meydanda gərginlik hökm sürür. Artıq bir neçə nəfər yaralanıb.
Liberal qüvvələrin nümayəndələri Misir prezidenti Məhəmməd Mürsinin yeni konstitusiya bəyannaməsinə qarşı çıxış edirlər. Onlar Mürsini səlahiyyətlərini artırmaqda ittiham edirlər. Mursinin təmsil etdiyi «Müsəlman qardaşlar» hərəkatı isə tərəfdarlarını prezidenti müdafiə etməyə çağırıb.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti