ABŞ-dan Rusiyaya göz dağı

19-05-2015, 13:56
Oxunub: 630
İki ölkə arasında daha dərin hərbi əməkdaşlığı təmin etməyi hədəfləyir.


ABŞ və Gürcüstün hərbi qüvvələri paytaxt Tiblisi yaxınlığında birgə hərbi təlimlərə başlayıb.

Etatist.com xəbər verir ki, iki ölkə birgə Tiflisin yaxınlığında yerləşən Vaziani hərbi bazasında iki həftəlik təlimlərə start verildiyini açıqlayıb.

ABŞ və Gürcüstan təlimləri “Noble partner” Vaziani hava bazasında keçirilir. Təlimlərə 173-cü Hava Desat Birliyinin rəhbəri polkovnik Maykl Foster tərəfindən rəhbərilk edilir. Təlimlərdə 300 gürcü və amerikan əskəri iştirak edir. Tapşırığa əsasən qarşı-qarşıya gələn əskərlər ərazidə hücum və müdafiə tapşırıqlarını yerinə yetiriblər. Gürcü və amerika əskərləri nəzərdə tutulan bölgədə mütəşəkkil hava və quru hücumları həyata keçirib. Tapşırığın tamamlanmasının ardından Gürcü və Amerikan hərbi birləşmələri ələ keçirilən bölgədə mövqelərini gücləndirmək üçün fəaliyyətə keçiblər.

Təlimlərdə amerikan istehsalı olan "Bradley" və "BMP-2" piyada döyüş maşınlarından da istifadə olunub. “Noble partner” təlimləri NATO-nun Əks hücum qüvvələrinə (NRF) daxil olmaq üçün Gürcüstan birlikləri ilə ABŞ qüvvələri arasında əlaqələri inkişaf etdirməyi hədəfləyir. Eyni zamanda təlimlər NRF-yə daxil olacaq Gürcüstan qüvvələrinin gücləndirilməsi və iki ölkə arasında daha dərin hərbi əməkdaşlığı təmin etməyi hədəfləyir.

24 may tarixində sona çatacaq təlimlərdə təxminən 600 ABŞ və Gürcüstan hərbiçisinin iştirakı gözlənilir.

Araz Əliyev

Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti