ABŞ və İsrail BMT qərarını tənqid etdi

30-11-2012, 13:19
Oxunub: 1226


Klinton bu qərara "talehsiz və məqsədə zərərverici”, Liberman isə "Mahmud Abbas sülh ilə maraqlanmır” deyə təpki verdilər.
ABŞ –ın Xarici İşlər Naziri Hillari Klinton, Fələstinin "üzv olmayan müşahidəçi dövlət” statusu almasının İsrail və Fələstinlilər arasında "sülhə gedən yolda daha çox əngəllər törədəcəyini” bildirib.
Waşinqtondaki, bir konfransda çıxış edən Klinton, Fələstinin BMT-də "üzv olmayan müşahidəçi dövlət” statusu alması qərarını "talehsiz və məqsədə zərərverici” olaraq dəyərləndirdi.
Klinton, ''Fələstin və İsraillilər haqq elədikləri sülhü sadəcə tərəflər arasındaki doğrudan müzakirələr yolu ilə əldə edə bilərlər: Suveren, öz ayaqları üstündə dayana bilən və müstəqil bir Fələstinin, yəhudi və demokratik bir İsrail ilə sülh və əmin amanlıq içində yan yana yaşadığı, iki xalq üçün iki dövlət " deyə bildirdi.

  

LİBERMAN: Mahmud Abbas sülh ilə maraqlanmır
İsrail Xarici İşlər naziri Avigdor Liberman, Fələstin lideri Mahmud Abbasın "sülh bağlamaqla qəti olaraq maraqlanmadığını sübut etdiyini” bildirdi.
Liberman, İsrail dövlət radiosuna verdiyi müsahibədə, Abbasın, Fələstinin "müşahidəçi üzv” statusu müraciətini səsə qoyulduğu BMT-də çıxışı ilə əlaqədar ''Əbu Mazən (Mahmud Abbas) sülhlə maraqlamadığını bir dəfə daha sübut elədi'' dedi.
İsrail Xarici İşlər Nazirinin müavini Danni Ayalon da radioya açıqlamasında bildirib ki, "İsrail artıq mənafelərinə görə hərəkət edəcək”
Ayalon, beynəlxalq aləmin bir dəfə daha məsuliyyətsizliyini sübut etdiyini dilə gətirib.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti