Rusiya müxalifəti yürüyüş keçirəcək

30-11-2012, 13:11
Oxunub: 672
Yürüyüş 3 saat çəkəcək və 50 min nəfər olacağı nəzərdə tutulur


Rusiya müxalifət Koordinasiya şurası 15 dekabra "Azadlıq Marşı” adında, yürüyüş aksiyası təyin edib. Bunu BBC rusiya müxalifətçi bloqqer Aleksandr Navalnının Twitter yazısına istinadən xəbər verir.
Xəbərə görə Aleksandr Navalniy və "Sol Front” koordinatoru Serqey Udalcov İcra Hakimiyyətinə 15 dekabrda yürüş keçiriləcəyi haqqında məlumat versə də, İcra Hakimiyətindən bir rəy gəlməyib. 
"Yürüyüş iki istiqamətdən ola bilər amma yürüyüşün bitmə nöqtəsi Lyubyankadı” bunu BBC Rusiyaya Serqey Udalcov deyib. Udalcovun qeyd etdiyinə görə Yürüyüşün "Lyubyankada” bitməsi çox vacibdir (Lyubyanka sovet vaxtından hüqüq mühafizə orqanlarının yerləşdiyi yerdi, keçmiş KQB bugünkü FSB-nin məkanı). "Aksiya əsasən represiyalara qarşı nəzərdə tutulub”. 
Yürüyüş 3 saat çəkəcək və 50 min nəfər olacağı nəzərdə tutulur.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti