Ermənilərdən ərəblərə dəstək.

27-11-2012, 01:00
Oxunub: 1299


Serj Sarkisyan: "Ermənistan beynəlxalq arenada ümumi ərəb maraqlarını həmişə nəzərə alıb”
Etatist.com Ermənistan xəbər agentliklərinə istinadən xəbər verir ki, Noyabrın 26-da Livanda səfərdə olan Ermənistanın prezindetni Serj Sarkisyanla livanlı həmkarı Mişel Suleymanın birgə keçirdikləri mətbuat konfransında açıqlama verən Ermənistan prezindenti Serj Sarkisyan: "Ermənistan beynəlxalq arenada ümumi ərəb maraqlarını həmişə nəzərə alıb” deyə bildirib.
«Mən prezident Suleymana müzakirələr zamanı bildirmişəm ki, nə qədər beynəlxalq arenada Livanla əməkdaşlığa önəm veririk. Ermənistan öz növbəsində, öz mövqeyini ortaya qoyanda, ümumi ərəb maraqlarını, həmçinin Livanın maraqlarını nəzərə alır. » Ermənistan prezidentinin mətbuat xidmətindən açıqlamada belə deyilir.

Sarkisyan həmçinin vurğulayıb ki, "Yaxın Şərqdə baş verən hadisələr həmçinin Ermənistanın təhlükəsizliyi ilədə çox əlaqələdi. ”
Ən qısa zamanda mövcud problemlərində aradan qaldırmaq üçün əlindən gələn səyləri əsirgəməyəcəyini bildirən Sarkisyan, Livan prezidentinə rəsmi dəvəti üçün təşəkkürünü bildirdi.
Xatırladaq ki, Ermənistanla Livanın bu il diplomatik əlaqələrinin qurulumasının 20-illiyi ərəfəsindədi.
Bu görüş zamanı 30-dan çox qarşılıqlı əməkdaşlıq haqqında sənəd imzalanıb. Səfərin nəticəsində isə, Ermənistan və Livan arasında diplomatik və xidməti pasport mənsubları üçün viza rejimi ləğv edildi.
Ermənilər, Livanın əsasən Beyrut, Met və Zaxla rayonlarında yaşayırlar, ümumi sayları yüz min civarındadı.
Daşnakların, Ramgavar, və Hnçakçıların ən güclü dayaqları bu gündə Livanda qalmaqdadır.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti