“Bəhailik tam müstəqil bir dünya dinidir”

4-12-2012, 12:44
Oxunub: 5082
"Biz qiblə kimi üzümüzü həmişə Hz. Bəhaullahın axırıncı vəhi məkanına, İsraildə Bəxçi deyilən bir məkan var ora tuturuq"


Azər Cəfərov :”Azərbaycan dövləti də bizi dəstəkləyir”

İslam Allah tərəfindən yer üzünə göndərilən sonuncu dindir? Bəhailər deyirlər ki, xeyr. Hətda başqa dinlərin olacağınıda deyirlər. Bəhailər bundan əvvəlki bütün dinlərin vahid bir dinin mərhələləri olduğuna inanırlar. 
Biz
Etatist.com olaraq Azərbaycanda olan bütün mədəni-dini, milli, cəmiyyətləri tanımağa qərar verdiyimiz an Bəhailikdən başlayaq dedim. Çünki onları az adamlar tanıyır və fikirlərini oxucuya təqdim etmək istədik. Bunuda qeyd edək ki, şəkil çəkməyə imkan vermədilər. Dedilər ki, bizim adımızla bağlanmasını istəmirik bizdə inad etmədik. Ətraflı məlumat əldə etmək məqsədi ilə elə onların özləri ilə söhbət etməyi üstün bildik və Azərbaycan Bəhai İcmasının üzvləri ilə görüşdük. 
Müsahibimiz Bəhai Dini İcmasının Milli Şurasının sədri Azər Cəfərov və Bəhai Dini İcmasının katibi Ramazan Əsgərli məlumat verdi.

İlk öncə Katib, Ramazan bəy danışdı.

-Ramazan bəy, istərdimki ilk öncə özünüz və burdaki fəaliyyətiniz haqqında məlumat verəsiniz.

-Mən Ramazan Əsgərli Bəhai dini İcmasının katibiyəm və mən indi burda ictimai işlə məşğulam. Mənim öz ixtisasım var formativ və eyni zamanda tərcüməçiyəm amma bu mənim ictimai işimdi. Yəni bu mənim bir xidmət formamdı. Mənim kimi başqa Bəhailərdə bu cür işləyirlər, təbiiki özlərinində başqa işləri və həmçinin ailələri var, amma vaxt tapıb icmanın işlərini görməyə gəlirlər və onlar qarşılıqsız olaraq xidmət edirlər.

Biz Bəhai dininin mərkəzini İranı eyni zamanda Azərbaycanı hesab edirik.

-Bizə biraz da Bəhailik haqqında məlumat verin, yəni yaranması, Azərbaycan və digər ölkələrdə yayılması haqqında.

-Bu haqqda internetdə kifayət qədər məlumat var amma mən yenə də bir neçə kəlmə ilə deyim ki, Bəhai dininin tarixi təxminən 170 il əvvələ gedir. Bu din İranda yaranıb. 1844-cü ildə İranda Seyid Əli Məhəmməd adında bir şəxs, özünün Allah elçisi olduğunu elan etmiş və demişdirki mən bəşəriyyəti yeni bir dövr, yeni bir era üçün hazırlamağa və məndən sonra gələcək böyük Allah elçisinin gələcəyini müjdələməyə gəlmişəm. Daha sonra Seyid Əli Məhəmməd özünə bab (qapı) adını götürür. Ümumiyyətlə o özünü elan etməmişdən qabaq İranda, Yaxın Şərqdə eləcə də Azərbaycanda xeyli insan var idi ki, bu yeni zühurun olacağı barədə xəbər versinlər. Azərbaycanda, Ordubadda bu cür şəxslər var idi. Ona görədə biz tarixi nöqteyi nəzərdən, Bəhai dininin vətəni olaraq İranı və eyni zamanda Azərbaycanı hesab edirik. Çünki hətda İranda Bəhai dini doğulmamışdan qabaq artlq Naxçıvanda, Ordubadda yeni bir zühurun gələcəyi barədə insanları hazırlayan şəxslər var idi. Onlardan biri də Vənədli Molla Sadıq idi.
Bəhai dini dünya dinidir. Onun ardıcılları, yəni Bəhailər inanırlar ki, bütün dinlərin vəd verdiyi bir dövr çatmışdır, bütün dinlərin vəd verdiyi bir zühur baş vermişdir. Bütün dinlərdə belə bir vədd var ki, elə bir zaman gələcək ki, bütün dünya barış və sülh içində yaşayacaq və insanlar səadətə qovuşacaq. Biz hesab edirik ki, bəşəriyyətin həyatında bu dövr başlamışdır və bəşəriyyət bu şəraiti, bu sülhü Hz. Bəhaullahın vasitəsi ilə quracaq. Hz. Bəhaullahın belə bir sözü var deyir ki: "Dünyanın sağalması üçün, Allah bugün onun bütün xalqlarının ümumi bir dində birləşməsini müəyyən etmişdir.” Yəni dünyanın problemlərinin həlli onun birləşməsindədir, bir sözlə dünya birləşsə onun bütün problemləri həll olunar. Və biz inanırıq ki, Hz. Bəhaullah allahın bugün üçün göndərdiyi elçidir.

 

“Bəhailik tam müstəqil bir dünya dinidir”

 -Bəs Bəhailik tam olaraq nə deməkdir və bəhailərin məqsədləri nədir?

 -Bu Allahla insanın əbədi əhdinə əsaslanır. Allah insanı yaradanda insanla əhd bağlayır ki, mən sizi heç zaman tərk etməyəcəm, heç zaman sizi rəhbərliksiz buraxmayacam. İnsanlar Allah yolundan uzaqlaşdıqda Allah öz elçisini göndərir və o elçilər həmin dövr üçün Allahın insanlara olan sözünü və iradəsini çatdırırlar. Bütün zamanlarda peyğəmbərlər, elçilər bu missiyanı yerinə yetiriblər. Və bugün üçün Allah öz iradəsini insanların qabiliyyət və ehtiyaclarına görə açıb yəni, Allahın açdığı elm insanların ehtiyac və qabiliyyətlərinə görə olub. Zamana uyğun olub. Biz inanırıq ki, Allah vahiddir və onun dini də vahiddir, bütün dinlər o ilahi dinin ayrı-ayrı mərhəllələridir. Əslində bütün dinlər mahiyyətcə eynidir sadəcə o dinlərin şəriət hissəsi dəyişir. Bu da təbiidir çünki, şəriət hissəsi ictimai-sosial münasibətləri tənzimləyən qanunlardır və şərait dəyişdiyi üçün təbiiki qanunlar da dəyişməlidir. Bunu da insanlar dəyişə bilməz, Allah bu qanunları zamana, dövrə uyğun yeni elçi, yeni zühur göndərərək dəyişir.

-Siz dediniz ki, bütün dinlər eynidir. Amma bir dinin kitabında elə hissələr var ki, başqa dinə tamam ziddir. Bəs bunun açıqlamasını necə verə bilərsiz?

-Dinlər iki hissədən ibarətdir. Bir var dinin ruhani hissəsi, yəni o şeylərki ruha, Allaha, Allahın əbədiliyinə aid təlimlərdir, birdə var dinin şəriət hissəsi, yəni qanunlar. Qanunlar bütün dinlərdə fərqlidir, dəyişir. Bayaqda dediyim kimi dinin şəriət hissəsi ictimai-sosial münasibətləri tənzimləyən qanunlardır və şəraitə görə qanunlarda dəyişir. Buna görədə olurki sonra gələn din, özündən qabaq gələndən fərqli qanunlar verir. Bütün dinlərin ruhani əsası birdir.

-Çox vaxt Bəhailiyi İslamın bir parçası, bir qolu kimi göstərirlər. Bu sizi qəzəbləndirir, sevindirir yoxsa bunun ümümuyyətlə sizin üçün bir fərqi yoxdur?

-Bu qətiyyən bizi nə qəzəbləndirir, nə də sevindirir. Bu sadəcə biliksizlikdəndir. Çünki Hz. Bəhaullah Allahın bu dövr üçün zuhuru kimi qəbul edirik. Ona görədə o islamın qolu ola bilməz. Yəni Bəhailik tam müstəqil bir dünya dinidir. Onun özünün müqəddəs yazıları, kitabı, qanunlar kitabı, sosial şəriəti var. Və biz bu şəriətlə yaşayırıq və o təlimləri həyatımızda rəhbər tuturuq. Qeyd etdiyim kimi Bəhai dini müstəqil bir dindir, yəni o vahid vəhd prosesində növbəti bir mərhəllədir. Ona görədə biz bunu hansısa bir dinin qolu və təriqət kimi başa düşməməliyik, bu müstəqil bir din, ilahi bir sistemdir.

-Bizdə olan məlumata görə dünyada 6 milyon bəhai var. Bəs bəhailər Allaha necə ibadət edirlər?

-Allaha ibadət forması bütün dinlərdə müxtəlifdir. Bəhai dinində də namaz və oruc var. Həmçinin gündəlik dualar var. Yəni həyatın hər bir halı üçün dualar var. Bəhai dinində də namaz və oruc vacibdir. Və bəhailərdə adi qaydada, invidual şəkildə namazlarını qılırlar, ildə bir dəfə oruc tuturlar. Və onuda deyimki bu təqvimə uyğun olur çünki bəhailərin öz təqvimi var. Bu təqvimdə ildə 19 ay, hər ayda da 19 gün var. Və biz ildə bir dəfə, yəni mart ayının 2-sindən 22-sinə qədər oruc tuturuq və gündə gündəlik namazımızı qılırıq. Amma bu namazlar başqa namazlardan fərqlidir, sırf Bəhai dininə aid namazdır.

Bəhailərin özlərinə aid olan bu namazdan söhbət düşdükdə bayaqdan Ramazan bəylə söhbətimizə qulaq asan Azər Cəfərov da bu söhbətə qoşuldu.

-Bəhailikdə ibadət anlayışı genişdir. Söhbət ondan gedirki bizim gündəlik işlərimizin hər biri ibadət ola bilər. İnsanlığa xidmət ruhunda görülmüş istənilən iş ibadətdir. Məsələn uşaqların tərbiyəçisi, həkimlik, müəllimlik, elm adı insanlara xidmətdirsə bu özü bir ibadətdir. Və ibadət anlayışı bizdə genişdir. Yəni gündəlik həyatında sən düzgün yaşayırsansa, ismətli yaşayırsansa və hər bir gündəlik işində öz ölkənə, öz vətəninə, öz insanlarına, ətrafında olan insanlara və bəşəriyyətə xidməti, motiv tutursansa öz fəaliyyətində, bu özü də bir ibadətdir. Yəni biz buna bu səpkidə yanaşırıq

-Azər bəy, istərdimki sizdə özünüzü təqdim edəsiniz.

-Mən Azər Cəfərov Bəhai Dini İcmasının Milli Şurasının sədriyəm eyni zamanda Bakı Dövlət Universitetinin Ekologiya və Torpaqşünaslıq fakültəsinin Yerqovuşma kadastr kafedrasının dossenti və Azərbaycan Milli Elmlər Akademiyasının labaratoriya müdürüyəm. Şurada mən bir illik sədrəm yəni, bizdə sədr bir ildən bir səsvermə ilə dəyişir.

-Dünyanın idarə olunmasında və dünyada baş verən hadisələrdə bəhailərin rolu varmı, bir rol oynayırlarmı?

-Bəhailərin ali inzibati və ruhani orqanı var, Uca Ədalət Evi. Uca Ədalət Evi 1995-ci ildə və sonraki illərdə müxtəlif bəyannamələr verib. Bu bəyannamələr qlobal sülhün vədidir. Sonra ikinci, Birləşmiş Millətlər Təşkilatından islahatlarla bağlı bəyənnamə verilib. Orda Beynalxalq tribunanın təsis olunması, təhlükəsizlik şurasının buraxılması, vahid pula keçmək, BMT-də xırda xalqların, dövlətlərin rolunun artırılması göstərilib. Sonra Bəhai İcması təklif edib ki, ekologiya ilə məşğul olan bir dünya qurumu yaradılsın ki, o da dünyanın təbii sərvətləri üzərində nəzarət etsin. Dünyanın təbii sərvətləri ayrı-ayrı xalqların və şirkətlərin əlindədir. Və bunun nəticəsi budur, bəzi xalqlar acından ölür məsələn Somali, bəziləri isə firavanlıq içində yaşayır. Amma beynalxalq nəzarət olsa dünya sərvətlərinin üzərində və millətlərə bərabər paylanılsa bu qlobal miqyasda ədalətsizliyin və və ədalətsizliyin başlatdığı müharibələrin qarşısı alınar. Gördüyünüz kimi konkret təkliflər var. Ümumiyyətlə əgər dünya Hz. Bəhaullahın çağırışına cavab versə, Uca Ədalət Evinin müraciətlərini nəzərə alsa bugünkündən qat-qat yaxşı və ədalətli olar.

 

 

 

-Bu icmalar dünyanın bütün ölkələrindəmi fəaliyyət göstərir?

-Dünyanın 189 müstəqil və 54 asılı ərazilərində,adalar və adalar qrupunda icmalarımız fəaliyyət göstərir. Bu icmalardan sayına görə ən böyüyü Hindistan icmasıdır, orda təqribən 2 milyon bəhai var. İkinci ən böyük icma İran icmasıdır, səhv eləmirəmsə orda yarım milyona qədər Bəhai var. Və onuda qeyd edim ki, baxmayaraq ki, İran Bəhai dininin vətənidir bəhailərin vəziyyəti orda çox ağırdır. Onlar adi insan huquqlarından məhrumdurlar. Və Bəhai əqidəsinə görə 20 min insan sadəcə bəhai olduqlarına görə İranda şəhid olub. İrandaki Bəhai icmasının indiki rəhbərliyi tam heyyət olaraq hal hazırda həbsdədir. Baxmayaraq ki BMT qətnamələr qəbul edib və dünyanın ən yaxşı hüquqşunasları o cümlədən Nobel mükafatı laureatı, Şirin İbadi də onların müdafiəsinə qalxmışdı. Beynalxalq mühacirətdə yaşayan təqribən 200-ə qədər iranlı ziyalı səslərini qaldırmış, bəyannamə vermişdilər ki, İran höküməti Bəhailərə qarşı belə qəddar davranmasın, amma buna baxmayaraq İran höküməti Bəhailərə qarşı öz təqib kompaniyasını davam elətdirir. Bəhai qəbiristanlıqları orda dağıdılır, Bəhai uşaqlar məktəblərdə ayrı otuzdurulur, müsəlman uşaqlar ayrı. Bunlardan əlavə Bəhailərə ali məktəblərə daxil olmaq icazə verilmir, təqaüd verilmir və onlar dövlət işlərində iştirak edə bilməzlər. Baxmayaraq ki, İranda Bəhai İcması sayına görə müsəlman icmasından sonra ən böyük din icmasıdır. Yəni Bəhailər orda xristianlardan, yəhudilərdən, zərdüştilərdən çoxdurlar.

-Bəs Azərbaycanda neçə bəhai var?

-Təqribən minə qədərdir. Bizim icma Azərbaycanda da bir çox işlər görür. Azərbaycanın özünə məxsus mədəniyyəti var biz istəyirik ki, bu qorunub saxlansın. Və bunun üçün müəyyən işlər görürük. Azərbaycan dövləti də bizi dəstəkləyir. Əslində biz bu dərəcədə gözləmirdik amma dövlət bizi dəstəkləyir.

-Bəhailər namaz qılanda hansı sözlərdən istifadə edirlər? Bu namazlar müsəlmanların qıldıqları namazdan nə ilə fərqlənir?

-Bəhailərdə namazın 3 növü var. Böyük namaz, orta namaz, qısa namaz. Hər bir millət öz dilində namaz qıla bilər. Və biz qiblə kimi üzümüzü həmişə Hz. Bəhaullahın axırıncı vəhi məkanına, İsraildə Bəxçi deyilən bir məkan var ora tuturuq. Hz. Bəhaullah 50 il Osmanlı imperiyasının məhbusu olub və dünyasını harda dəyişibsə üzümüzü ora tutub namaz qılırıq. Çünki Hz. Bab öz Bəyan kitabında göstərir ki, zühur edəcək kəs hara hərəkət etsə qiblə ora olacaq.

-Azər bəy, mənə maraqlıdırki siz ilk dəfə bu dinlə necə tanış oldunuz?

-Təqribən bu yanvar hadisələrindən sonra mən din axtarıcılıq yoluna qədəm qoydum. Deyə bilmərəm ki, sovet dövründə mən din adamı olmuşam ya da hansısa dinin daşıyıcısı olmuşam. Olmamışam. 20 yanvar hadisələrindən sonra və sovet hakimiyyəti dağıldıqdan sonra yəqinki bütün insanların bir vaxt özünə verdiyi sualları özümə verməyə başladım. Bir çox araşdırmalar apardım və bir çox kitablar oxudum. Sonra isə bəhailiklə tanış oldum.

Azər bəylə maraqlı söhbəti bitirdikdə sonra Ramazan Əsgərova da eyni sualı vermək istədim.

-Ramazan bəy bu sualı sizə də ünvanlayıram. Siz necə tanış olmusunuz bu dinlə?

-Məndə də təxminən Azər müəllimlə oxşar olub. Müəyyən suallar həmişə məni maraqlandırıb. Amma ən çox məni maraqlandıran sual dinlərin birliyi. Yəni əgər allah bütün dinləri insanlar üçün göndəribsə o zaman niyə müxtəlifdir? Mən, Bəhailikdə proqresi, vəhd anlayışını gördüm, bu mənim çox suallarıma cavab verdi. Və mən əmin oldumki, yalnız bir din var bütün dinlər onun mərhəllələridir. Dünən İslam idi bugün, Bəhailikdir sabah başqası olacaq. Yəni bu sonuncu din deyil, yenə də olacaq. Dünyada ədalət pozulduğu zaman Allah yeni din göndərir və yenə də göndərəcək.

 


 

Şərhlər : 7 Şərh yaz
Rahib 4 dekabr 2012 14:49  
Yazini sonacan oxudum,gozledim belke jurnalist Islamin sonuncu din,hz.Mehemmed(s.a.s.)sonuncu peygenber (Qurani-kerim) olmasina dair o kafirlere sual versin,amma olmadi.Demek bu bir tebligatdir,eyer ozunuzu muselman hesab edirsinizse,bele yalanci kafirleri teblig etmeyin!!!Allah butun sehv yolda olanlari islah etsin,amin!!!
ATA 10 dekabr 2012 23:18  
məndə Rahib qardaşla razıyam..Allah hamımızı düz yolda olanlardan etsin! Amin!
vugar 20 dekabr 2012 16:34  
1. Məqaləniz qrammatik səhvlərlə doludur.
2. Dinlərlə tanışlıq rublikanızı "bəhai" adlanan kafirlərlə söhbətdən başladığınıza görə təəssüf edirəm.
3. Bu mənim sizin internet qəzetinizi oxumağımın birinci və axırıncıdır.
Sizə uğurlar
seljan 26 dekabr 2012 15:31  
men ozum jurnalist idim.meni bir tedbiri isiqlandirmaqa devet etdiler.ozude tam basqa adla,meni aldatdilar yani.getdim,gorduklerime inanmadim.ya rebbim,bu nedir?men hara gelmisem?sen deme hemin bu azer muellim meni baxaidirmi vaxabidirmi,her neyisem bunlarin dirnaq arasi peygemberinin dogum gununu cekmeye devet edib,amma meni aldadaraq tam basqa tedbirin adini verib.gorduklerim meni cox sarsitdi.allah kafirlere lenet etsin.ne deyim.allah belelerine hidayet versin.bir insanki quranin qanunlarini saymiya....
ramil 9 yanvar 2013 05:30  
meqalenin bashliqinda yazildiqi kimi (Bəhailik tam müstəqil bir dünya dinidir) ilahi din deyil. Yeni bu behailik bir oyun ona inananlarda aldanmish oyunculardi. Allah bu saxta dine ve saxta peyqenbere inananlari sheytanin bu boyuk sherrinnen qurtarsin ve Allah qatinda ilahi din olan Islam dini ile shereflendirsin.
rasad-003 4 fevral 2013 02:04  
Sadaca bit kalma ALLAH SIZ LANAT ELASIN
Zaur 30 noyabr 2013 13:11  
Salam men bu saytin din bolmesinde olan butun meqallelerini oxumusam. Islam dininin musbet xususiyyetlerine dair hec bir yazi gormedim.Islamin qolu olan nurculari pisliyirsiz amma hansisa behaiden masallah semimi musahibe alirsiz. Nebilim xristian papaz Seyxnen gorusmek istiyir, gurcu papaza mukafat verildi zad mence siz diger dinleri one cixardib Islami arxa plana cekmek istiyirsiz?
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti