9-07-2017, 13:12

Günlük proqnoz

Uğursuz gündür. Həyata keçirilməsi mümkün olan planları heç cür qura bilmirsiniz. Ağlınıza gələn ideyaların həyata keçirilməsi isə o qədər çətindir ki, fikirlərinizi reallaşdırmaq üçün heç bir cəhd etmədən təslim olmağa hazırsınız. Üstəlik, faydalı və xoş şeylər arasında seçim etməli olacaqsınız.

ƏKİZLƏR
Bürcünüz haqqında əlavə məlumat:

Cəsarətini heç vaxt itirmə, yoxsa onunla birgə şansını da itirərsən.

ƏKİZLƏR (21.05-21.06) - Bu insanın içində sanki iki insan var və onu izləmək çox maraqlıdır. Onlar çox tez paltar dəyişə bilməklə yanaşı, həm də iş yerlərini, yaşayış yerlərini və öz qərarlarını da asanlıqla dəyişə bilərlər. Onlar hər zaman hər şeyə ötəri yanaşır, hətta kitabı oxuyanda belə, sonuncu səhifəsindən oxumağa başlayırlar. Əkizlər çox maraqlı müzakirə aparmaq qabiliyyətinə sahibdirlər. Hər zaman əsəbi enerjinin dairəsində olurlar. Əkizlər bürcünə mənsub bir çox adamlar tez danışırlar və dinləməyi bacarmırlar. Bu insanlar mühafizəkar adamlara qarşı çox dözümsüzdürlər. Ancaq yenə də digərlərinə qarşı dostcanlıdırlar. Heç bir zaman onları fikirlərindən daşındırmağa çalışmayın. Əkizlər çox asanlıqla istənilən vəziyyətdən çıxa bilirlər. Onlar tez düşünən və kəskin dərəcədə satirik ola bilirlər, onlar digər bürclərlə müqayisədə ağıllarından daha səmərəli istifadə etməyi bacarırlar. Tək tərəfli düşüncəyə sahib insanlarla söhbət edərkən qarşısındakı insanı təəccübləndirməkdən zövq alırlar. Əkizlərin öhdəsindən yalnız Dolçalar gələ bilər.

 Əkizlər aşiq olduqları zaman sizi hər zaman təəccübləndirə bilərlər, onların əsas sirri ikili olmalarıdır. Onlar bir arada bir neçə işi minimum əməklə görə bilirlər. Onların azadlıqlarını sərhədləşdirmək istəyi əkizləri çılğına çevirir. Yenilikçi olduqlarından eyniliyə nifrət edirlər. Bu insanlar dəqiq deyillər və tez-tez gecikirlər. Nadir hallarda onların öz həyatlarını yazdığına şahid olmaq olar, heç məktub yazmağı da sevmirlər. Səbəbi isə budur ki, onların daimi fikri yoxdur. Buna görə də, yazı yazdıqları təqdirdə belə bunu başqa bir adla yazarlar. Xarici dilləri bilməyə çox önəm verirlər. Əkizlərin öz fikirlərini tez-tez dəyişməsi onları qeyri-ciddi adam edərək ucuzlaşdıra bilər. Ancaq buna baxmayaraq onlar həm də idealist ola bilirlər. Onlara hər zaman bəxtləri kömək edir. Ruhunda əkizlərin hər biri – tüccardı. Yuxu onların ən böyük ehtiyacıdır, çünki onlar vaxtında yatıb durmağı bacarmırlar. Əkizlər ən çox çiyinlərindən, əllərindən, barmaq və əl içlərindən zədələnə bilirlər. Onlar ağciyər, revmatizm və artrit xəstəliklərindən irəlidə əziyyət çəkə bilərlər. Ən çox mənəvi əziyyəti hərəkətsizlikdən çəkirlər.

Öz iç dünyalarında onlar ideallarına yol tutublar. Ancaq əsas problem budur: anlasınlar ki, bu nəyin idealıdır? Əkizlər üçün hər şey ideal ola bilər, çünki onların fantaziyalarının sərhədi yoxdur. Bu bürcə mənsub insanlar həmişə pula, şöhrətə, zənginliyə, sevgiyə ehtiyac duyurlar. Həmişə özlərini anlamaq istəyən əkizlər, buna nail ola bilmədiklərini düşünürlər. Onların gözündən heç nə yayınmaz, istedadları da çox, diplomatik bacarıqları da var, ancaq daimilikləri yoxdur.

Əkizlər ancaq özlərinə güvənirlər, onlar dünyada yabancıdırlar.

Bütün bürclər