30-11-2016, 00:16

Günlük proqnoz

Bu gün introvert əhvaldasınız. Gələcəklə bağlı planlar qurun. İşgüzar toplantılara qatılın, peşəkar məsələləri həll edin, yazışın. Ən zəif müqavimət yolunu seçin və hadisələrin müstəqil inkişaf etməsinə mane olmayın.

BUĞA
Bürcünüz haqqında əlavə məlumat:

Ən böyük gücünüz, hədəfinizə olan inamınız olsun.

BUĞA (20.04-20.05) - Siz onu həmişə sakit təbiətinə görə kütlənin arasında seçə bilərsiniz. Onunla yaxından tanış olmayanadək sizə elə gələcək ki, o, danışmağı sevməyən insandır. Onun davranışının, hərəkətlərinin, danışıq tərzinin sərhədi olduğundan, çox danışmağı da sevmir. Çox az şey onun sükutunu poza bilər. Buğaların qərarları dəyişilməzdir. Onları az hallarda özündən çıxarmaq mümkündür, istəyirlər ki, onu rahat buraxsınlar. Ona basqı etməyə çalışmayın, əks halda o, çox inadkar olacaq. Əgər siz ona təzyiq etməkdə davam etsəniz, o qəzəblənəcək. O, aylarla və illərlə özünə yetə bilir, bəzən hər şeydən imtina etməsi başqalarında əsəb gərginliyi yaradır. Anidən isə iş başına keçib, dayanmadan, yorulmadan işləyə bilər, bu zaman onun yolundan dərhal çəkilin, onun iş qabiliyyəti çox impulsivdir. O həqiqətən də, nədənsə rahatsız olduğunda qarşına çıxan hər şeyi dağıda bilir. "Dağıtmaq”, yəni " ucuzlaşdıra” bilir. Ancaq xoşbəxtlikdən bu, çox az hallarda olur. Ən yaxşısı odur ki, unutmayasan ki, buğaların nədənsə xoşu gəlməyə bilmir, onlar sadəcə qəzəblənə bilirlər.

Qadınlar "buğa"ları çox cəlb edir, ancaq onlar heç vaxt qadının arxasınca izləyib onları qazanmağa çalışmırlar. Ona görə başqalarının xoşuna gəlmək daha önəmlidir. Onun tipik davranış xüsusiyyəti passivlikdir. Buğalar qonaq qəbul etməyi qonaq getməkdən daha üstün tuturlar. Onlar özləri məşhurlaşmaq vasitəsi axtarmırlar. Buğalar çox nadir hallarda nədənsə narahat olurlar, demək olar ki, əsəbləşməyə səbəbləri olmur. Öz xüsusiyyətlərində olduqca dayanıqlıdırlar. Hər şeyi olduğu kimi qəbul etməyi daha çox bəyənirlər. Bu bürcün sahibləri öz evlərini çox sevir, öz rahat guşələrindəki divanlarının və öz əşyalarının dəyərini bilirlər. Öz otaqlarındakı dəyişiklik onları təbdən çıxarır. Həmişə öz şəxsi evləri olması barədə xəyallar qurarlar, xüsusən də, təbiəti və gül-çiçəyi sevdikləri üçün həyət evlərində yaşamağı arzu edərlər. Müasir həyat tərzinin sürətli ritmi onları yorur, bunun üçün də mütləq şəhər xaricinə getməyə önəm verərlər.

Adətən buğalar təəccüblənəcək qədər sağlam olsalar da, xəstələndikləri təqdirdə çox gec sağalırlar, çünki həkimə getməyi sevmirlər. Onun əsas xarakter cəhətlərindən biri optimizmə inamsızlığıdır- elə bundan dolayı da gec sağalırlar. Xəstəliyə həssas olan bədən hissələri boğaz, boyun, ayaqlar, beldir. Ancaq may ayında doğulmuş insanların yenə də əksəriyyəti digərləri ilə müqayisədə daha sağlamdır. Onlar hədsiz dərəcədə inadkar və öz bildiklərini etməyi sevən adamlardırlar. Bununla yanaşı, həm də çox səbrli olurlar, onlar şikayətlənmədən illərlə fiziki və mənəvi yük daşıya bilirlər və buna görə kimsəni günahkar çıxarmırlar. Hər şeyin, əlbəttə, inadına buğaların nə qədər problemləri olsa, bir o qədər də onlar özlərində güc tapırlar ki, bu problemləri daşıya bilsinlər. Onların ailələrinə və dostlarına qarşı olan sədaqət və vəfaları hər kəsi heyrətləndirəcək qədər böyükdür. Taleyin zərbələrinin altındakı dözümlülüklərinə görə onlar həqiqətən, qızıl medala sahib olmalıdırlar. Çünki onlardan başqa heç kim buna dözə bilməzdi. Buğa bürcünün yumoru da çox fərqlidir, çox cana yaxındır. Buğalar çox nadir hallarda qəddar və kinli olurlar.

İndi isə keçək pul məsələsinə. Buğa və pul həmişə yoldaşdırlar. İşsiz Buğa görə bilməzsiniz. Onlar öz imperiyalarını gec, ancaq möhkəm əsaslarla yaradır, hər zaman möhkəm bünövrədən başlayıb, mərtəbə-mərtəbə öz işlərini qururlar. Onlar hökmü eyni pul kimi yavaş-yavaş yığırlar, amma sadəcə buna sahib olmaq üçün. Hərəkət etməyi isə onlar öz tabeçiliyində olan insanlara icazə verirlər. Sadəcə hökmün və pulun onların əlində olması kifayətdir. Qoy Oğlaqlar və Xərçənglər işləsin, o isə gözəl qadının gözlərinə baxmaqla məşğul olsun. Gec ya da tez pul buğanın əlinə düşəcək. Sahib olduqları ilə fəxr etsə də, o heç vaxt xəsis olmur.

Buğaları rəsm və musiqi həyəcanlandırır. Onun fikirləri həmişə məntiqli və aydındır. Onlar möhtəşəmliyə həsəd aparırlar. Ancaq pulu da boş yerə xərcləməyə ağılsızlıq kimi baxırlar. Onun evi- onun üçün qaladır. Həmişə zamanın özü kimi səbrlidirlər. Onlara həmişə arxayın olmaq olar, ancaq onlar inadkardırlar, təəccüblənməyin ki, mən bunu tez-tez təkrar edirəm, bu onların əsas xüsusiyyətidir.

Bütün bürclər