9-07-2017, 13:13

Günlük proqnoz

Siz eksperiment və risklərə hazırsınız, uğurunuza qətiyyən şübhəniz yoxdur. Bu, düzgün yanaşmadır. Ulduzlar da bütün məsələlərdə sizə dəstək vəd edirlər.

QOÇ
Bürcünüz haqqında əlavə məlumat:

Sənin həyatın sənin cəsarətinə görə böyüyər və ya kiçilər

QOÇ bürcü (21.03-20.04)  - dostluqda olduğu kimi, xarakterdə də möhkəm insanlardır. Onlar həmişə ədalətsiz insanlara qarşı mübarizə aparırlar. Öz açıq sözlülüyündən çəkinmədikləri üçün, fikirlərində çox kəskin ola bilirlər. Qoçlar öz fikirlərini və baxışlarını həmişə birbaşa deyirlər. Öz ehtiyaclarını həmişə birinci yerə qoyurlar, ilk növbədə özləri haqqında düşünürlər və düşünmürlər ki, bu digərlərinə necə təsir edə bilər. Başqalarının nəsə xoşuna gəlməməsini göz ardı edirlər. Ancaq onlardan incimək çox çətindir, çünki bunu edərkən qəsdən etmirlər, sadəcə bu, onların genlərində var. Bu xarektərləri, həm də onların niyə qorxmaz olduqlarını izah edir.

Onlar bütün qəlbləri ilə hər şeyə inana bilərlər. Həmişə əlçatandırlar, bunun üçün də şikayətlənməyi sevirlər. Öz hərəkətlərində heç bir zaman strateji qurmurlar, öz məqsədlərinə birbaşa yürüyürlər. Bu insanlar göz yaşlarını kimsəyə göstərməzlər. Bir qayda olaraq iş həyatında uğurlar qazanmağa qadirdirlər. Qoçlarda siz heç bir zaman taktiki hərəkət və dözümlülük, həmçinin səbr görə bilməziniz. Onların əsas keyfiyyətlərindən biri açıqsözlülük və düzlükdür, ancaq heç vaxt buna etibar etmək olmaz, çünki stabil deyillər. Bu isə onların məsuliyyətsizliyinə gətirib çıxarır.  Qoç bürclərinin diş ağrısına dözümü yoxdur, diş həkiminə isə onların getməsi, ümumiyyətlə, mümkün deyil.

Onların düşünülməmiş qorxusuzluğu tez-tez fiziki travma almalarına səbəb olur. Bədən quruluşları doludur. Onları xəstə olduqları halda yerlərinə uzatmaq çətindir. Əgər uzanırlarsa, deməli, həqiqətən xəstədirlər. Xəstəliklərinin əsl səbəbi onların səbirsiz olmağıdır. Qoçlar səbirli və ehtiyatlı olmalıdırlar. Onlar həmişə optimistdirlər, bunun üçün də xroniki xəstəliklərlə az hallarda xəstələnirlər. Ancaq bir çox hallarda onların qan təzyiqi olur.

Qoç əmindir ki, heç kim onun qədər bir işin öhdəsindən gələ bilməz. Bu onların haqqıdır, çünki onlar tənbəl olmurlar.

 Qoç çox istiqanlı və əliaçıq ola bilir. Onlar qəddar deyillər. Əgər o pul ilə şöhrət arasında seçim etməli olsa, şöhrəti seçər. Qoçun danışığı ironiyalı da ola bilər bəzən, onu tez özündən çıxarmaq mümkündür. Ancaq əsəbi uzun çəkmir, çünki kinli deyillər. Onlar hətta öz düşmənlərinin qarşısında da üzr istəyə bilirlər, əgər hiss etsələr ki, onun xətrinə dəyiblər. Onlar yalanı sevmirlər. Onların həyatında dostları və düşmənləri konkretdir. Onlar bu günlə yaşayırlar, dünənləri onlara heç nə öyrətmir, sabah isə onlar üçün çox uzaqdır. Yaşadıqları bu dəqiqə, bu saat önəmlidir onlar üçün. Realistdirlər, ancaq ideallaşdıra da bilirlər.

Qoç məğlub olmağı qəbul edə bilmir, o sadəcə bunu görməməzlikdən gəlir. Nə qədər çətinlik görsələr də, onların aşmalı olduqları çətinlik xoşlarına gəlir. Onlar sakitliyi, ancaq yaşlandıqdan sonra istəməyə başlayırlar. Qoçlar özləri və problemləri haqqında danışmağı sevirlər. Qoçlar hamıya tez inandıqları üçün, adətən insanlarda yanılırlar. Digərlərinə xoş gələcək bir şey etməyi sevirlər, amma qarşılıq gözləmirlər. Həyatda ən ağlasığmaz məqsədləri seçirlər və onun uğrunda işləyirlər. Onlar insanları xoşbəxt edirlər və bundan da zövq alırlar.

Bütün bürclər