30-11-2016, 00:15

Günlük proqnoz

Tərəfdaşlarınızı diqqətlə dinləyin. Bu gün yaxşı məsləhətlə bahəm, sizi çoxdan bəri narahat edən suala cavab ala bilərsiniz. Ciddi problemləriniz varsa, məşvərət almaq üçün əlverişli gündür. Axşam saatları yeni mövzu impuls səviyyəsində təkan verə bilər.

ŞİR
Bürcünüz haqqında əlavə məlumat:

Kim nə deyirsə desin, nə istəyir düşünsün, sən xəyallarından vaz keçmə.

ŞİR (23.07-23.08) – heyvanlar aləminin şahıdır, şir bürcünə mənsub adamlar isə insanlar üzərində hökmə sahib olmaq istəyirlər. ( hə, hə, bilirəm, bu belə deyil, ancaq Allah xatirinə ona bu haqda heç nə deməyin, yoxsa onun eqoistik qəlbini qıracaqsınız). Onunla yumşaq davranın, o zaman o, pişik kimi olacaq. Əgər siz bu insanı tanımaq istəyirsinizsə ən parlaq görünüşlü evlərə gedin, orada siz mütləq şir bürcü olan biri ilə tanış ola bilərsiniz. Şir heç vaxt çəkingənlik və ya utancaqlıqdan əziyyət çəkmir. Onlar öz ailələrini, dostlarını idarə etmək istəyi ilə dolub-daşırlar, hətta bunu gizlətməyə çalışsalar da. O, öz şərəf və qürurunu müdafiə edəndə çox amansız olur, gərək onun qarşısına çıxmaq üçün cəsarətə sahib olasan. Bəzi Şir bürcünün insanları yaşlandıqca daha yumşaq olur, ancaq heç vaxt qürurlarından imtina edə bilmirlər. Şirlərin davranışları iddialıdır, kənardan həmişə idarə edən kimi görünməyə çalışırlar. Onlar çox az hallarda danışırlar və ya harasa tələsirlər. Hər kəsin diqqətini cəlb etməyi bacarırlar. Onlar ya nəzərlərin mərkəzində olurlar, ya da kənarda solğun şəkildə digərlərinin diqqətini cəlb edənədək oturacaqlar. Şir bürclərinin məsləhət verməkdən xoşu gəlir, sevirlər ki, necə yaşayıb yaşamamağı hər kəsə izah eləsinlər. Həqiqətən də şirlərin bu barədə sözlərinə güvənmək olar. Buna baxmayaraq verdikləri məsləhətlərə özləri əməl etmədikləri üçün həyatları elə də asan alınmır. Şirlərdə hər kəsi üstələməyə qarşı böyük bir məhəbbət var, onların böyük istedadları olduğu təqdirdə fərq edilməyəndə onların eqolarına toxunur. Bu qürurlu Şir əslində çox toxunula biləcək bir xüsusiyyətə sahibdir. Onları həmişə tərifləmək lazımdır, belə olan halda siz onu Şirdən şirin bir pişiyə çevirə bilərsiniz. Onun zəifliyi – şöhrətpərəstliyidir. Bunun üçün də onlar doğru qərarlar qəbul edə bilmirlər. Şirlər yaxşı təşkilatıçı, rəhbər ola bilirlər. Onlar həmişə tərif dolu gözəl sözləri ətrafdakılara deyirlər və bu sizə də təsir edir. Siz onunla bir yerdə yaşanız, elə bil, gözəl bir sarayda yaşayacaqsınız, çünki o evini çox sevir. Şirlər həmişə sevgi ilə yaşayırlar. Ancaq əksər hallarda onların ailə həyatları uğursuz alınır, qürurlarına görə. Onlar məhəbbətdə uğursuzluq yaşayanda onu böyük anlayışla qarşılayırlar, lakin bağışlamaq onların xarakterinin bir parçası olduğundan əvvəlki sevgililərinə qayıda bilirlər. Sevgisiz həyat Şir üçün heç nədir. Şir bürcünün qadınları da, kişiləri də xoşlayırlar ki, onlara arxayın olsunlar, çünki onlar kömək etməyi, zəiflərə əl uzatmağı sevirlər. Onlar həmişə şikayət edirlər ki, hər şey onların çiynindədir, ancaq buna əhəmiyyət verməyin, onların bu məsuliyyət xoşuna gəlir. Belə olan halda, məsələn, siz onlara kömək təklif etsəniz, onlar dərhal bundan imtina edəcəklər. Xüsusən də, onlara pul yardımı ediləndə bəyənmirlər. Şirlər pul xərcləyən olurlar, qumar oynamağı sevirlər. Qeyri-adiliyə və lüksa önəm verirlər. Əyləncəyə və gəzməyə çox pul xərcləyirlər. Şirlərin pulu olmadığı təqdirdə kimsə onlardan pul istəsə o, borc götürüb sizə borc verəcək, axı şahların pulu olmalıdır. Şirlərin adətən yüksək hərarəti olur, gözlənilmədən xəstələnə bilərlər, ancaq demək olar ki, xroniki xəstəliklərə yoluxmurlar. Şirdə bu xəstəliklər ola bilər: ürək xəstəliyi, bel, ayaq, boğaz. Lakin onlar tez sağalırlar. Onlar üçün əsas təhlükə öz sağlamlıqlarına qarşı olan diqqətsizlikdir, onlar müalicələrini sonuna qədər yürütmürlər. Gah çox yaraşıqlı və diqqətli olurlar, gah da pinti və baxımsız. Bütün şirlər qeybətçildirlər, onlar ətrafda baş verən hər şeyi bilmək istəyirlər.

Onlar məqsədyönlüdürlər, seçdikləri yoldan döndərmək isə imkansızdır. Şirlər çox işgüzardılar, ancaq bəzi vaxtlarda günəş altındakı pişik qədər təmbəl olurlar. Əgər onlar işləyirlərsə, deməli, işləyirlər, əgər istirahət edirlərsə, deməli, tam istirahət edirlər.

Onların vəzifəsi- köməksizləri müdafiə etməkdir. Onlar sadiq dost olurlar, ədalətlidirlər, həm də güclü düşmən olurlar.

 Şirlər şux geyinməyi sevirlər öz xarakterlərinə uyğun olaraq. Onlar yaxşı havada daha çox optimist olurlar, xüsusən də gecələr, sanki enerji ilə qidalanıbmış kimi gümrah olurlar.

Bütün bürclər