9-07-2017, 13:12

Günlük proqnoz

Yeni tanışlıqlar, emosiyalar istisna deyil. Əgər söhbət yeni tanışıza qarşı oyanan maraq nəticəsində yaranan ani emosiyalardan gedirsə, heç nə etməyin, gözləyin. Düşünülməmiş addım bir sıra əyləncəli macəralara səbəb ola bilər.

XƏRÇƏNG
Bürcünüz haqqında əlavə məlumat:

Qorxduğun qədər qaçar, cəsarətin qədər savaşarsan

XƏRÇƏNG (22.06-22.07) - Bu bürcə mənsub adamların xüsusiyyətləri ay işığında aydın olur, belə ki, onların çox dəyişkən hissləri mövcuddur. 

 Xərçənglər güləndə bu hamıya təsir edir, ətrafında olanlar da gülməyə başlasa, təəccüblənməyin. İstənilən əyləncə gecələrində o, ən gülərüzlü adam ola bilər. Özü zarafat etməsə belə, digərlərinin zarafatlarına həmişə gülür. Heç kim zarafatı onlar qədər sevmir. Onun bu şən tərəfi həm də sakit təbiəti olduğu üçün nəzəri cəlb edir. Onun yumoru dərindir. Xərçənglər, adətən, şöhrət arxasınca qaçmırlar. Ancaq şöhrət onlara gərəklidir və bu onlara zövq verir. Dərinlikdə onlar həmişə diqqət cəlb etmək istəyirlər, diqqət mərkəzində olmaq onların ən köklü xüsusiyyətlərindəndi. Ancaq yaxşı əhval-ruhiyyə bərabərində onlar tənhalıqdan əziyyət çəkirlər. Onlar sizi öz depresiyalarında, okeanda boğulmaqdan daha çox boğa bilərlər. Onlar qorxularını zarafatlarının içində gizlədirlər, ancaq qorxu həmişə onların içində var, gecə və gündüz demədən onu izləyir, sanki nəsə təhlükəli bir şey baş verəcək. Pessimizm həmişə onların yanındadır və onların dəyişik fantaziyalarını xəyallarını korlaya bilir. Onların gözyaşları heç vaxt timsah gözyaşları deyil, gözyaşları həqiqətən onların qəlblərinin dərinliklərindən gəlir. Bir baxışla belə onlar incinə bilərlər. Onların əhval-ruhiyyəsinin pis olmağının səbəbini çox çətinliklə öyrənmək mümkündür, çünki incidiklərində susmağı üstün tuturlar. Hərdən Xərçənglər, Əqrəblər kimi intiqam ala bilirlər, lakin bunu gizli şəkildə edirlər. Amma bir çox hallarda öz çanaqlarına girib, orada oturmağı üstün tuturlar. Kədər və özünə güvənsizlik onları yalnız qalmaq istəyinə yönləndirir. Onların hissləri o qədər güclüdür ki, çox güclü halda sizə də təsir etməyə qadirdir.

Xərçənglər hər zaman həyatın bütün dərslərini nəzərə alırlar. Adətən onlar çox vətənpərvər olurlar. Onlar bir çox sirri qorumağı bacarırlar və insanların kədərinə şərik ola bilirlər. Ancaq onun düşüncələrinə girmək sizin üçün çətin olacaq. Belə ki, öz hisslərini digərlərinin gözlərindən həmişə gizlədirlər. Bir xərçəng öz həyatını müzakirə etməyi sevmir.

Onlar öz sevdikləri əşyalardan tutmuş sevdiyi insana qədər hər şeyi o qədər mənimsəyirlər ki, bir daha vaz keçmirlər. Onun ürəyi çox yumşaq olduğundan onu təsirləndirmək asandır. Ancaq o sizə köməklik edərkən həmişə gözləyəcək ki, kimsə başqası daha kömək etsin, ancaq bu belə olmadıqda o son dəqiqədə kömək əli uzadacaq. Bu onun özünü qoruma instinktidir. Öz hərəkətlərini həmişə ölçüb-biçir.

Xərçənglər öz evlərini çox sevirlər və yaşadıqları ünvana böyük ehtiramla yanaşırlar. Heç vaxt onlar kifayətdir demirlər, həmişə daha çox pula, şöhrətə və sevgiyə ehtiyacları olur. Onun emosiyaları imkan vermir ki, o özündən tam əmin olsun və tamamilə rahatlaşsın.

 Xərçənglər suyu çox sevirlər- onlar çimirlər, üzürlər, qayıqda gəzməyi sevirlər.

Onun daimi narahatlığı xəstəliyə gətirib çıxara bilər. Zəngin təxəyyülü kiçik bir xəstəliyi xroniki xəstəliyə çevirər. Onun xəstəliyə meylli bədən hissələri – döş qəfəsi, dizləri, böyrəkləri və dərisi, həmçinin mədəsi və başıdır. Onları xəstəlikdən ancaq optimizm və yaxşı əhval-ruhiyyə ayağa qaldıra bilər. Heç bir başqa bürc öz əhvalına görə xəstə düşüb, həm də onun sayəsində ondan qurtulmağa qadir deyil.

Xərçənglər pul yığmağı sevirlər, hətta çörək və yemək qalığını da atmağa icazə vermirlər. Boşqabınıza nə qoyulubsa, onu yeməlisiniz. Onların valideynlik hissləri həmişə çox güclü olur, övlad sahibi olmaq, onlar üçün çox önəmli və dəyərlidir.

Bütün bürclər