30-11-2016, 00:15

Günlük proqnoz

Münasibətlər, maliyyə məsələləri və borc problemləri ön plana çıxır. Bəzi qərarları yeniləri ilə əvəzləmək zamanıdır. İki bənzər variant arasında seçim etmək asan deyil. Həyatınızda yeniliklər və dəyişikliklər dövrüdür. Lakin onlar asan olmayacaqlar.

ƏQRƏB
Bürcünüz haqqında əlavə məlumat:

Günəşin çıxdığı hər üfüqdə, mütləq bir ümid yolu vardır.

ƏQRƏB (24.10-22.11) - əqrəb öz xarakterini çox yaxşı idarə edə bilir, ancaq elə xüsusiyyətləri var ki, onların əsl kimliklərini müəyyən etmək olar. Onların diqqətli baxışları var. Əqrəb, Eqoizmin təcəssümüdür. Onlar özləri haqqında həmişə yüksək fikirdə olurlar. Əqrəblərə, təhqir və ya xoş sözlər elədə təsir etmir. Başqalarından özlərinin çatışmayan cəhətlərini eşitmək istəmirlər, özləri bildiklərini düşünürlər. Əqrəblərlə ehtiyatlı olun, çünki görünüşdə onlar yumuşaq və sadəlövh insan təsiri bağışlasalar da əslində sadəcə uğursuz hiylə ilə məşğuldurlar. Onların əksəriyyəti bilir ki, gözləri onları ələ verir. Bunun üçün də qara eynək taxmağı üstün tuturlar. Heç vaxt onların hər hansı məsələ ilə bağlı fikrini və ya məsləhətini soruşmayın, çünki onlar həqiqətdə nə düşünürlər onu deyəcəklər. Bu isə sizin xoşunuza gəlməyə bilər. Onlar heç bir zaman sizə xoş gəlsin deyə nəsə demirlər, buna dəyər verin. Çünki öz fikirlərində onlar səmimidirlər.

Ancaq əmin ola bilərsiniz, əqrəblər ancaq özləri haqda düşünürlər, -o sizə əməldə də, sözdə də kömək edə bilər. Bir mənalı olaraq onlar ya tərəfdar dostlarının, ya da amansız düşmənlərinin nəzərlərindədirlər. Düşmənləri belə onlara hörmət edir, onun haqqında xoş sözlər deyirlər. Bu insanlarda nəsə xoş bir şey var. Tipik Əqrəb, nadir hallarda nədənsə qorxur. Adətən, bu adamlar cəsur və qorxusuz insanlardırlar. Onlar təəccüblənəcək qədər vəfalı dostlar kimi görünsələr də, əgər kiminsə paxıllığını çəkib öz eqolarına yedirə bilmirlərsə, xəyanət etməkdən də çəkinmirlər.

Əqrəblərin sağlamlıqları yalnız ağır işdən zərər görə bilər. Ancaq bu bürcün sağlamlığını öz əhvalına bağlıdır. Onlar nadir hallarda xəstələnsələr də, gec sağalırlar. Həmişə nəvaziş və diqqət axtarışındadırlar, bu onların eqosu ilə bağlıdır. Əqrəblərin boğaz, bel, ürək ağrılarına həssaslıqları var. İdmanda ciddi zədələr ala bilirlər.

Özünü qəhrəman kimi görən bu şəxslər, ailələrinə bağlıdırlar, zəifləri müdafiə etməklə ədalətli olduqlarını sübut etməyə çalışırlar. Ancaq onların qəhrəmanlıq arzuları həmişə puçdur. Onlar üçün sıradan həyatla barışmaq məqbuldur. Astroloji onu xəbərdar edir ki, o bildiyi qədər bilməlidir.

Onun nailiyyətləri xüsusi əmək tələb etmir, bu sarıdan bəxtləri var. Bu onların uğurudur, nəinki iradəsi. Astrolojidə ən qeyri-adi hadisələrdən biri budur ki, əqrəblər doğulmadan ya bir il öncə, ya sonra ailələrində kimsə vəfat edir. Əqrəblərin özü vəfat edəndə isə onların ailəsində ya bir il öncədən, ya sonradan kimsə doğulmalıdır. 95% bu belədir.

Bütün bürclər