30-11-2016, 00:14

Günlük proqnoz

Hadisələr indi aktiv formalaşma mərhələsindədir. Laqeyd seyrçi mövqe tutmayın, konkret nəticələrdən asılı duruma düşməyin. İşdə dəqiq olun, təlimatlara və intizama riayət edin. Yaxınlarınıza hədiyyələr verin.

DOLÇA
Bürcünüz haqqında əlavə məlumat:

Hər kəs qəlbinin çarpdığı, xəyallarının və gücünün yetdiyi yerə qədər yüksəlməyə azaddır.

DOLÇA (21.01-19.02) - İnsanların böyük əksəriyyəti göy qurşağını sevir, lakin dolçalar onu hamıdan çox sevir. Elə bil, onlar da göy qurşağında yaşayırlar. Həm də baxmayaraq ki, göy qurşağını hətta hissələrə bölərək tətqiq edibər, amma yenə də ona inanmağa davam edirlər. Olmayan bir şeyə inanmaq hər kəsin işi deyil. Onlar reallığa önəm vermirlər, baxmayaraq ki, onların ünvanı sabahdı. Bu bürcə mənsub insandan həmişə gözlənilməz addımlar görəcəksiniz. Onlar, əsasən, xoşniyyətli və sakit insanlardırlar, lakin mühafizəkar insanlara qarşı yenilikçi addım atmaqdan xüsusi zövq alırlar. Dolçalar tam mənada gözlənilməzliyin xəbərçisidir, onları ayaqqabısız da görə bilərsiniz, qəflətən sizə gülmələrinə də şahid ola bilərsiniz. Siz onları borc sözündən tanıya bilərsiniz. Onlar sizə hətta şəxsi sevgi münasibətindən sonra da dostluq təklif edə bilərlər. Dolçalar nə sadəlövhdürlər, nə çox müdrik, nə tam əmin və inanclıdırlar, nə də biganədirlər. Onlara hər şey maraqlıdır, hər şeyin sirrini bilmək istəyirlər. Növbəti sirr isə siz ola bilərsiniz. Lakin, yalnız siz deyil, digər insanların həyatları da onların maraq dairəsində olacaq. Siyasət onları cəlb edir, idman həzm edir, uşaqlar maraq oyadır, hər şey onlar üçündür. Onunla söhbət zamanı öz şəxsi eqonuzu unudun, sizinlə ünsiyyət onun üçün həyatının tək marağı olmayacaq. Azadlıq sevər dolçalar, hər cür olmağı bacarırlar, gülməli, orjinal, azad, müstəqil, diplomatik və nəvazişli. Ətraflarında hər zaman çox insan olur, ancaq elə zamanlar olur ki, onlar sadəcə yalnız qalmaq istəyirlər. Dolçalar bütün digər bürclərdən daha çox diqqətlidirlər, onlar hər şeyin mahiyyətini anlamağı bacarırlar. Uran onları üsyankar edir, həyatda yenilikçi olurlar hər zaman. Dolçalar, situasiyanı, dostlarını hətta yaxından tanımadıqları adamları belə analiz edərlər. O, sizə sual verəndə birbaşa, düşünülməmiş, açıq suallardan özünüzü rahatsız hiss edə bilərsiniz. Ancaq onlar müəyyən edəndə ki, hər şeyi tez tapsalar, məyus olarlar, hətta darıxmağa da başlayırlar. Əgər siz dolçalar üçün maraqsız olmağa başlasınız, canınız yanacaq. Çünki onlar arxalarını çevirib daha maraqlı birisinin yanına gedəcəklər. Onların dostluqda stabil olmalarına baxmayaraq çox dostları olmur, dostluqda sadəcə keyfiyyətə önəm verirlər, çoxluğa yox. Hər şeyin sonrasını bilmək çox maraqlı olduğundan, onların həyatlarında sadəcə bir neçə vaz keçə bilmədikləri şey ola bilər. Adətən, digərləri tərəfindən qəbul edilməməkləri, onları həmişə təcrid atmosferində saxlayır. Bu isə onlara çatmağın imkansız olduğuna görədir. Astroloji proqnoz verir ki, dolçaların bugün düşündüklərini siz 50 il sonra anlayacaqsınız. Bu bürc dahilərin bürcüdür, çünki tanınmış alimlərin 70 faizi dolçadır. Onların arasında psixoloji problemləri olanlar da çoxdur. Dolçalar istənilən psixoloji problemi olan birinə, təsəlli verib onların problemlərini həll etməyə köməklik edə bilərlər. Onların dünya görüşü çox genişdir. İstənilən mühitdə dolçalar, özlərini azad hiss edirlər. Onlara elə gəlir ki, ətrafdakı insanlar onların dostları və qohumlarıdır. Yalnız olduqları zamanlar çox az olsa da, yalnızlıqlarına müdaxilə etməyə çalışmayın. Belə zamanlarda, siz onu yalnız buraxsanız yaxşı olar, çünki bir qədər sonra o sizə dönəcək.

Dolçalar məsuliyyət götürməyi sevmədiklərinə görə danışanda, adətən, ehtimallara üstünlük verirlər. Birisi ondan nəyisə soruşsa, onlar "ola bilər” cavabını verməyi üstün tuturlar, lakin əgər o vaxtı təyin edibsə, dəqiq olacaq. Dolça bürcü olan insanlar sizə diktə etməyəcəklər, bunun üçün də siz də ona diktə etməyə çalışmayın. Hər kəsin öz həyatı var, hər kəs öz musiqisini rəqs etsin prinsipini paylaşır. İndividuallığa hörmət etmək lazımdır. O, öz qaydası ilə yaşayır və bunu özünə yetərli hesab edir. Qorxaq olmasa da durub nəyinsə naminə savaşacaq da deyil. Sizinlə tez razılaşaq ki, söhbət uzun çəkməsin, amma yenədə öz bildiyini edəcək. Ancaq onlar bir şey qərar verdiklərində, heç bir təzyiq onları yolundan döndərə bilməz. Dolçalar sizə xəbər verməyəcəklər ki, nə edəcəklər sadəcə edəcəklər. Sizə tez inanmayacaqlar, öncə sizin ruhunuzu tam şəkildə incələyəcəklər. Onun diqqətli baxışları sizi rahatsız edəcək, o sizi diqqətlə və uzun müddət izləyəcək. Lakin bir şey yaxşıdır ki, əgər o sizi özünə dost hesab etsə, dostluğunuza sədaqətini daima qoruyacaq.

Onların qan dövranı ilə bağlı sağlıq problemləri var. Qışda soyuqdan şikayət edirlər, yayda isə rütubətdən. Ayaq, boğaz ağrılarından əziyyət çəkə bilərlər. Onlara təmiz hava, yuxu və hərəkət gərəklidir. Düşüncələrin müşaiyyətində olan gərgin əsəb səbəbindən yuxusuz qalırlar.

Tipik dolça- əfsanəvi, çaşqın professor obrazını daşıyır. Ətraflarında baş verən hər şeyi radar kimi yayınmadan tuta bilirlər. Məsələn, kiminləsə danışdıqları zaman, yan otaqda baş verən hadisəni də izləyə bilərlər. Onlar, bəzən sadəcə hissləri ilə baş verənləri anlayıb analiz edə bilirlər. Sizi yaxşı hissləri ilə anlayıb, arzularınızı bilmək imkanına sahibdirlər. Dolçaların yalandan acıqları gəlir. Onları idealist adlandırırlar, lakin əslində onlar daha məntiqli düşündükərinə görə, daha realistdirlər. Sadəcə siz bunu anlamayacaqsınız, zamanı deyil. Arzular onun üçün illuziyadır. Xəyallar qursalar da, onlar fərqindədirlər ki, bütün istəklər real deyil. Dolçaları saxlamağa çalışmaq imkansızdır, onlara qarışmamağa çalışın. Onun ruhunu Uran idarə etdiyindən, onlar üçün sadəcə gələcək var. Dolça insanlığın, ümidlərinin və ideallarının təcəsümüdür.

 Siz onun yalnız və tənha qəlbini bir saniyə görə bilərsiniz, əgər siz də gələcəklə yaşaya bilsəniz, başqa cür mümkün deyil.

Bütün bürclər