9-07-2017, 13:09

Günlük proqnoz

Bu gün, ətrafınızda əhəmiyyətli dəyişikliklərlə əlamətdar olacaq. Sizdən öz maraqları üçün istifadə etməyə çalışan, hisslərinizlə oynayan adamlarla əlaqələr kəsilir. Bu, xoşagəlməz, hətta, ağrılı prosesdir. Lakin getdikcə yüngüllük hiss edəcək və bu günü həyatınızın daha xoş və maraqlı mərhələsinin başlanğıcı kimi xatırlayacaqsınız.

BALIQLAR
Bürcünüz haqqında əlavə məlumat:

Həyatdakı gerçək gücümüz, doğru düşüncələrimizdən qaynaqlanmalıdır.

BALIQLAR (20.02-20.03) - Siz bu insanı birinci şəxs olaraq, bir masanın arxasında heç vaxt görə bilməzsiniz. Ancaq Balıqların içində sənət və mədəniyyət adamlarına çox rast gələ bilərsiniz. Onların iddiaları azdır, onlar idarə etməyə meylli adamlar deyillər, hətta zənginlik belə maraq dairələlərində deyil. Bəzilərinin həyatında pul mövcud ola bilir, zəngin biri ilə ailə həyatı qursalar və ya kimdənsə vərasət qalsa. Balıqlar üçün pul, çox da önəmli deyil, çünki anlayırlar ki, zaman daha önəmlidir. Onlar millioner olmaq istəmirlər, lakin millioner kimi yaşamaq istəyirlər – həyat fəlsəfələri budur. Bu adamlar mübarizə insanı olmadıqlarından, axına qarşı olmaq onlarlıq deyil. "Palaza bürünüb elnən sürünmək” misalı onların həyat devizidir. Lakin belə olduğu halda da həyatlarını bəzən qurban verməli olacaqlar. İstənilən məhdudiyyətlərə qarşı etinasızdırlar, sadəcə axınla getmələrinə mane olan heç bir şey olmasın. Başqalarının fikirlərinə isə önəm vermirlər. Çox vacib olan məsələlərdə belə onlar etinasızdırlar. Çox az şey onları hərəkət etməyə təhrik edə bilər. Əgər onu özündən çıxarsanız o çox sarkastik ola bilir. Əqrəb və xərçənglər kimi balıqlar da içki içməyi sevirlər. Sanki içki içəndə sakitləşirlər, bundan dolayı da bir qədəh içkidə heç vaxt dayana bilmirlər. Ancaq bu o demək deyil ki, balıqlar alkoqolik olur.

Balıqlar hər şeyi doğulduqları andan etibarən yumşaq və xoş görürlər. Hamıdan yaxşı anlayırlar ki, insanlıq özünün yaratdığı təhlükələrin bəlasına düşüb, bunun üçün də hər şeydən kənar qalmağa çalışırlar. Onların hərdəmxəyal olmaları kənardan çox acınacaqlı görünür. Çünki heç vaxt gerçək olmayacaq şeylərdir. Həyat onların qarşısına uğursuzluqlar çıxardıqda bunları həll etmək yerinə illuziyalar müşaiyyəti ilə xəyallara qapıldıqlarından sağlam qərarlar verə bilmirlər. Əgər onlar xəyallara qapılmaq yerinə sağlam qərarlar verə bilsəydilər, uğursuz həyat yerinə sağlam həyat sürərdilər. Balıqların həmişə iki seçimi var: ya axına qarşı gəlmək, ya da axınla hərəkət etmək. Lakin gələcəyin nəbzini tuta bilmədiklərindən, sahib olduqları istedaddan gərəkən şəkildə istifadə edə bilmirlər. Geriyə çəkilmək, onlar üçün sanki bir adətdir.

Balıqlar tənqidi sevmirlər və götürmürlər. Çox yaxşı yaddaşa sahibdirlər. Hər bir balıq üçün həyat- böyük bir səhnədir, onların sırasında istedadlı adamlar çoxdur. Bu insanlar hadisə baş vermədən onu hiss edə bilirlər, onları dinləməyə çalışın. Balıqlar, bürclər sırasında ölümü bildirirlər, çünki onlar sonuncu bürcü təmsil edirlər.

Tipik balıq özünün qayğısına qalmır. Öz enerjilərinin çoxunu qohumlarına, dostlarına sərf edirlər.

Balıqlar sakitləşdirici vasitələrdən uzaq durmalıdırlar. Keyfiyyətsiz qida səbəbindən mədə və qaraciyərdən əziyyət çəkəcəklər irəlidə. Tez-tez, əlləri və ayaqlarının ağrısından, boğaz agrısından, soyuqdəymədən şikayətlənirlər. Lakin onların daxilində xəstəliyə qarşı bir müqavimət var.

Yumor- onların danışıq üslubudur. Onlar göz yaşlarını gizlətmək üçün gülürlər. Satiranın ustalarıdırlar. Balıqların yumoru, incə və zərərsiz olduğu kimi bəzən bunun tərsi də olur. Onların birinci instikti yardım etməkdir. Xəstələrə və ehtiyac sahiblərinə yardım etməyi sevirlər.

Konkret suallara veriləcək, "hə” və "yox” cavablarını sevmədiklərindən "ola bilər” cavabına üstünlük verirlər. Özlərindən bəzən asılı olmadan da yayındırıcı cavablar verə bilərlər. Onlar formalaşmış xarakterə sahib deyillər. Kim onları sevmək istəyirsə, gərək fantaziyaları çox geniş olsun, onları anlaya bilsin. Bu adamlar göründüyündən də müdrik və güclüdürlər. Ancaq Neptun bu sirri qoruyur, balıqların özü bu sirri açmaq istəməyənədək.

Bütün bürclər