30-11-2016, 00:14

Günlük proqnoz

Münasibətlərdəki durum sizi əvvəlki dövlərdəki kimi qane etmir. Sizsiz də problemli yönlərini nümayiş etdirən məsələləri daha da ağırlaşdırmayın. Günün ikinci yarısında qəfil hadisə və ya gözlənilməz xəbərə dürüst reaksiya verin.

OXATAN
Bürcünüz haqqında əlavə məlumat:

Sual, "Mənə kim izin verəcək?" deyil, "Mənə kim mane ola bilər?!" olmalıdır.

OXATAN (23.11-22.12) - bu insanlar çox ünsiyyətcil və dostsevər insanlardır. Onlar digərlərindən sözlərini açıq şəkildə deməkləri ilə daha çox fərqlənirlər. Oxatanlara acıqlanmağın mənası yoxdu, onlar kinli deyillər. Bəzən insanı şoka salacaq səhv tutmaq istedadları əslində kimisə aşağılamaq məqsədi güdmür, onların xarakteri belədir. Sərt şəkildə onları muhakimə etməyin, çünki pis niyyətli deyillər. Taktikasız hərəkət etmələrinə də baxmayın, əslində onlar, çox ağıllı və yüksək prinsiplərə sahibdirlər. Oxatanlar inanırlar ki, onlar əsl diplomatdırlar, istənilən danışıqda qalib çıxmaq qabiliyyətləri var. Sevdikləri bir sözü daima təkrar edərlər, "mən heç kimin qəlbini qırmaq istəmirdim" həqiqətdə də onlar səmimidirlər, yalançı deyillər. Onlar 6-yaşındakı uşaq kimi səmimi və ciddidirlər. Hərəkəti sevdikləri üçün heyvanları, surəti, idmanı da çox sevirlər. Tipik Oxatan üçün təhlükə həyatın bir parçasıdır, onlar fiziki və mənəvi təhlükələri gözə almaqdan zövq alırlar. Çox az insanlar uzun müddət Oxatana qarşı dura bilər. O, od simvoludur, onun üçün də çox danışan və qeyri-adi olur. Bir qayda olaraq bu insanlar xoşbəxt və şəndirlər. Ancaq ətrafında süni insanlar görəndə onların əhvalı dəyişir. Kimsəyə tabe olmağı sevmirlər. Mübarizədən qorxmurlar, kimsəni də köməyə çağırmırlar. Bütün Oxatan bürcünə mənsub insanlar özlərini müdafiə etməyi bacarırlar. Onları düzgün olmamaqda günahlandıranda özlərindən çıxırlar. Qarşıdurma sonrası onlar peşiman olur və münasibətlərini yenidən qurmağa çalışırlar. Oxatanlar səyahət etməyi xoşlayırlar. Onların içində hər zaman uşaqlıq var, həyatın ciddiyətini görmək istəmirlər. Oxatanlar məsuliyyəti sevmirlər, ondan qaçmağa çalışırlar.

Xəstəlik üçün ən həssas bölgələri- ağ ciyərləri, qaraciyər, əl və ayaqları. İdmana qarşı aşırı məhəbbətləri onları xəsarət almasına səbəb olur. Ancaq onlar tez sağalırlar.

Ümumiyyətlə həyat belə adamlara nadir hallarda qalib gəlir. Onlar həmişə inanırlar ki, sabah bu gündən və dünəndən daha yaxşı olacaq. Onlar tez aşiq olmalarına baxmayaraq, evlilik adı gələndə dərhal soyuyurlar. Evlənib evlənməməyi çox düşünürlər və qərar verməkdə çətinlik çəkirlər.

Oxatanların mənfi xüsusiyyəti- çox yeyib içmək olduğundan, alkoqolizmə gətirib çıxarır. Onlar istənilən vəziyyətdən çıxa bilirlər. Oxatan kişiləri heç bir səbəb soruşmadan sizə borc verə bilərlər. Qadınları isə övladlığa uşaq götürə bilər.

Bu insanların fantastik yaddaşları var. Tarixləri və gərəkməyən hər şeyi yadda saxlamağı bacarsalar da, paltarlarını harda soyunduqlarını yaddan çıxara bilərlər. Bunun üçün də daimi olaraq öz əşyalarını itirirlər.

Oxatanın necə olmasından asılı olmayaraq, onun əsl xarakteri əli açıq, şən, idealistdir.

Bütün bürclər