9-07-2017, 13:09

Günlük proqnoz

Yorucu və çətin gündür. Emosional fon olduqca qeyri-sabitdir. Siz öz əhvalınızla bacara və hisslərinizi gizlədə bilmirsiniz. Nəticədə, ətrafdakılarla münaqişə ehtimalı həndəsi artımla böyüyür.

OĞLAQ
Bürcünüz haqqında əlavə məlumat:

Cəsarət dağında qorxu rüzgarı əsməz.

OĞLAQ (22.12-20.01) - Bu bürcü tanımaq mümkün olsa da, öncədən hazırlıq görmək daha məqsədə uyğundur. Onu kənardan izləməyə çalışın. Adama elə gəlir ki, bu insanları tanıyanda heç vaxt onları anlamaq mümkün olmayacaq. Lakin əgər siz ona diqqətlə yanaşsanız, hər şey aydın olmağa başlayacaq. Oğlaqları öz iddialarını gerçəkləşdirə biləcək hər yerdə tapa bilərsiniz. Onlar ictimai pillələrdə addım-addım qalxırlar. Həmişə daha irəliyə getmək, onlar üçün bir xüsusiyyətdir. Ola bilər ki, oğlaqlar xüsusi bir istedadlarına görə sizin diqqətinizi çəkməsinlər. Onları öncədən fərq etməmək də mümkündür, hətta adama elə gəlir ki, uğur qazanmağa heç onların şansı belə yoxdur. Ancaq onlar sonucda yenə də qazanırlar. Onlarla mübarizə aparmaq praktiki olaraq mümkün deyil və boşunadır. Onlar uğuru, hörməti, əzmi sevirlər.

 Oğlaqlar öz tənqidlərini düşünmədən, kəskin şəkildə deyə bilirlər.

Lakin özləri üçün gərəksiz düşmənlər də yaratmazlar. Elə hallar olur ki, onlar sizinlə razılaşırlar, xoşunuza gələn təkliflər də verirlər, amma yenə də bu sizə elə gəlir desəm, doğru olar. Başqalarına irəli çıxmağa imkan verirlər, amma əgər məqsədə çatmaq önəmlidirsə, onlar hamıdan birinci məqsədə nail olurlar. Çox ehtiyatlıdırlar, təhlükəli məsələlərdən yayınırlar. Təəccüblü deyil ki, onlar çox az hallarda zərər görürlər. Onların gözləri həmişə zirvələrdədir, ayaqları isə real dünyada. Oğlaqlar, romantik olurlar. Lakin, onlar heç vaxt icazə verməzlər ki, hisslər gözlərini kor edə bilsin.

 Əgər istəyirsinizsə, onlar sizə hörmət etsinlər, qaydalara riayət edin.

Onlar məsələlərdən şou düzəltməz və ehtiraslarını üzə çıxarmazlar. Oğlaqların demək olar ki, hamısı öz əcdadlarını ideallaşıdırır, böyüklərinə hörmət və qayğı ilə yanaşırlar. Qocaldıqda cavan ikən yaşaya bilmədiklərini yaşamağa çalışırlar. Oğlaqlar, cəmiyyətdə söz sahibi olmayan insanlara aşiq ola bilməzlər. Nadir hallarda ailə həyatı qurarkən bunu dəfələrlə gözdən keçirməmiş olarlar. Qohumlarını çox sevirlər: qohumdan xeyir gözləmək, nəsə əldə etmək onların xüsusiyyətləridir. Siz bunu maddi maraq güdmək kimi yoza bilərsiniz, onlar üçün bu sadəcə məntiqli düşüncədir. Şans heç vaxt ikinci dəfə adamın qapısını döyməz düşüncəsindən, onlar birinci dəfə qapı döyülərkən bunu eşidirlər. Daha dəqiq desək, onlar qulaqlarını qapıya dayayıb şanslarını gözləyirlər.

Uşaq ikən oğlaqların sağlamlığı zəif olsada zamanla bu problem aradan qalxır. Ayıq və hesablı xarakterə sahib olmaları, onları inanılmayacaq qədər dözümlü etsə də, yenə də sağlamlıqlarından əziyyət çəkirlər. Oğlaqların dəriləri zərif olur. Bunun üçün də onlar bəzən allergiya və dəri xəstəliklərindən əziyyət çəkirlər. Həmçinin mədə və sümük xəstəliklərindən də əziyyət çəkə bilərlər. Onların pessimistliyinin nəticəsi olaraq, başları tez-tez ağrıyar.

Oğlaqlar nəvazişli, inadkar, qoçaq insanlardırlar. O, zərərsiz kimi görünsə də, hətta sizə elə gələ bilər ki, o sizin tək güvənəcəyiniz adamdır. Kim deyə bilər ki, bu insanın hansısa gizli maraqları və istəkləri ola bilər? Ancaq buna tam əmin ola bilərsiniz ki, onlar sizin sirlərinizə və nəyə qarşı zəif olduğunuzu bilib istifadə etməklə, özləri güclü olmaq istəyirlər. Sizə elə gəlir ki, siz onsuz bacarmazsınız, bunun üçün də bütün hər şeyinizi onunla bölüşə bilərsiniz. Bax o zaman, o öz hakimiyyətini qurmaq üçün hərəkətə keçir ki, həqiqi lider mövqeyini ələ ala bilsin. Onlar hər zaman öz odlarını qalamağa çalışacaqlar.

 

Bütün bürclər