30-11-2016, 00:15

Günlük proqnoz

Şəxsi münasibətlərdəki çətin situasiyanı müzakirə etmək üçün münbit zəmin yaranır. Səfər, çoxdan bəri ünsiyyətdə olmadığınız insanla təmasların bərpası üçün yaxşı vaxtdır. Çox çalışmaq sizdə ifrat yorğunluq hissi yarada bilər.

QIZ
Bürcünüz haqqında əlavə məlumat:

Beynimiz bizə hər şəraitdə hər çətinliyə qarşı dirənməyi öyrədib və bunu əlimizdən heç kim ala bilməz.

QIZ (24.08-23.09)- bu simvol saflıq simvoludur, lakin bunu hərfi mənada anlamayın. Sizi əmin edirəm ki, onların saflıqla heç bir əlaqəsi yoxdur, baxmayaraq ki, kişilərinin əksəriyyəti subaydır, qadınları isə ailə qurmaqdan çəkinirlər. Onlar arasında ikinci dəfə ailə həyatı qurana da rast gəlmək mümkündür.

Bu insanlar səs-küylü deyillər, onlar kənarda qalmağı üstün tuturlar və çətinliklə ictimaiyyət arasında rahat ola bilirlər. Onlar qətiyyən xəyalpərəst deyillər. Bu insanlarda həmişə bir aludəçilik mövcuddur, ancaq sözüz ki, qız bürcləri sadiq və səmimi dostlardır. Ancaq buna baxmayaraq onlar rola girməyi və oyun oynamağı da bacarırlar. Qız bürcləri hər şeydə çox aktualdılar. Hər zaman elə görünürlər ki, elə bil, hamamdan indi çıxıblar. Onlarda illuziya birmənalı olaraq istisna olunur. Kişilərində olduğu kimi qadınlarında da sevgi onların gözlərini bağlaya bilmir, onlar sevdiklərinin çatışmayan cəhətlərini görə bilirlər. Onlar fiziki olaraq dözümlü olan insanlardır. Onlar çox cəlbedici və diqqətli olurlar. Qızlarda zamanla ömürləri boyu tərk etməyəcəkləri vərdişlər əmələ gəlir.

Qızlar- tənqidçidirlər, üstəlik tənqid edəndə arqumentlərlə tənqid etməyi bacarırlar. Onların həmişə əşyaları da, işləri də qaydasındadır. Qonaqlıqda Qızlar ev sahibinə kömək etmək üçün qab yumağa kömək edərlər, ancaq bununla yanaşı divanın üstündəki balıncların əslində divandakı dəlikləri gizlətmək üçün qoyulduğunu fəqr edirlər. Ancaq Qızlar öz yanlışlarını heç vaxt görə bilmirlər, onlar digərlərində gördükləri zəif tərəfləri gördüyü kimi, öz zəif tərəfini görməkdə çətinlik çəkirlər.

Onlar uzun müddət bir yerdə heç bir iş görmədən otura bilmədiklərindən stuldan stula keçirlər. Bu isə bəzən yemək vaxtında onların mədəsinə yeməyin həzmində təsir edir. Onlar çox da pul xərcləməyi sevmirlər. Öz sevgilərini də pulda olduğu kimi hər kəslə bölüşmürlər. Qətiyyən kimdənsə kömək, yardım görmək istəmirlər, çünki borclu qalmağı sevmirlər. Heç kimdən asılı qalmamaq istəyi onları pul yığmağa məcbur edir. Ancaq dərdə düşmüş öz dostlarına qarşı çox əliaçıqdırlar. Tənbəl insanları, gecikmələri sevmir, heç nədə sərhədi dərhal keçmir, həmişə məsafə qorumağa üstünlük verirlər. Onlar təəccüblənəcək qədər sağlam adamlardır, lakin çox işlədiklərinə görə sinir xəstəliklərinə tutula bilərlər. Onlar öz sağlamlıqlarına və qidalarına diqqət etsələr də, mədə və baş ağrılarından əziyyət çəkə bilərlər. Qız bürcləri bilirlər ki, nə yeməlidirlər və bunu necə hazırlamalıdılar. Onlar heyvanları sevirlər. Qızlar insanlarda düzlüyü, dəqiqliyi, yaradıcılıq və qənaəti sevir. Pintilikdən, tənbəllikdən zəhlələri gedir. Bu insanlar praktiki insanlardırlar. Fərdçidirlər. Qızlar çalışırlar ki, öz düşüncələrini hər cürə çirkdən və başdan çıxarmalardan təmiz saxlasınlar. Onlar öz talehlərini digər bürclərlə müqayisədə, daha dəqiq və aydın şəkildə müəyyən edirlər. Onların gizli davranışlarının içində təmiz məqsəd və təmiz düşüncələr dayanıb.

Bütün bürclər