9-07-2017, 13:11

Günlük proqnoz

Çətin emosional fonu olan əlverişsiz gündür. Başqasının təsiri altına tez düşürsünüz və özləri çarə tapa bilməyən adamlar sizin həyatınıza müdaxilə edirlər. Bəzən hər hansı gözə görünməyən səbəblər üzündən əhvalınız korlanır, səbrli olmağa çalışın.

TƏRƏZİ
Bürcünüz haqqında əlavə məlumat:

Yükün dürüstlükdürsə, bəlkə gücdən düşə bilərsən, amma başın yerə əyilməz.

TƏRƏZİ (24.09-23.10) - bu adamlar xoşniyyətli və müsbət adamlardırlar, ancaq onların üstündə kiminsə komandanlıq etməsindən qətiyyən xoşları gəlmir. Onlar çox intellektualdılar eyni zamanda sadəlövh olmalarına baxmayaraq həmdə yaxşı dinləyicidirlər. Aktiv insanlardır, lakin nəyisə tələsərək etməzlər. Yəqin, sizi təəccübləndirdi. Bu bürcdə dəyişkən xüsusiyyətlər var. Hətta özləri də bundan heyrətlənirlər. Bu bürcün simvolu - qızıl tərəzidir, ona görə də onların əsas məqsədi hər şeydə tarazlıq yaratmaqdı. Onların gündəlik əhvalı tez-tez dəyişir. Onlar Veneradan qalma gülümsəyişə sahibdirlər, bununla da onlar sizi yoldan çıxara bilərlər, bu insanların qarşısında dayanmaq çox çətindir. Onlar bir çox hallarda qərar verməkdə çətinlik çəkirlər. Tərəzilərin davranışları da çox fərqlidir, onlar çox danışar, fəqət diqqətlə dinləyər, küsənləri barışdırarlar, müzakirə aparmaq mədəniyyətinə sahibdilər.

Bu bürc həmişə harmoniya tərəfdarıdır. Ancaq bəzi tərəzilər yeməkdən, alkoqollu içki və sevgidən gərəyindən çox yararlana bilərlər. Çox işləyərlər, ancaq bir fasilədə tamamilə tənbəlləşə bilərlər. Bu onların təbii vəziyyətidir və belə hallarda onları işləməyə dəvət eləmək tamamilə yararsızdır. Güclərini bərpa etdikdən sonra işlərinin başına qayıdırlar. Əkizlər kimi ikili xarakterə malik olmasalar da, tərəzilər də hərdən sanki iki insan bir-birinin içində imiş kimi gəlir adama. Kədərə və sevincə fəlsəfə ilə yanaşmaları, onların öz problemlərindən çıxış yolu tapmağına köməklik edir. Bu adamlar fiziki və əqli cəhətdən sağlam olurlar. Onların sağlığına ən böyük təhlükə hərşeydən gərəyindən çox istifadə etmələridir. Bədənin həssas bölgələri: sinə və ayaqlar. Bu da qeyd olunmalıdır ki, bu insanlar istirahət haqqında unutmamalıdırlar. Tərəzilər, yaxşı insanlardırlar, onların xarakterik xüsusiyyətləri: diqqətli və ədalətlidirlər, arqumentləri güclüdür, təslim olmağı sevmirlər, fəlsəfi məntiqə sahibdirlər, amma çox vaxt qərarsızdırlar. Həmişə həqiqət axtarışında olurlar, onlara dəqiq və konkret cavab lazımdır. Ancaq bir məsələni çox tərəfli düşünmələri, digərlərində qıcıq yarada bilir, çünki bəzən çox zaman aparır. Heç vaxt tələsik addımlar atmırlar. Əgər qərar veriblərsə, deməli, bu qətidir və dəyişilməzdir. Tərəzilər hədsiz məsuliyyətli və öz işlərində ciddidirlər, onlarda yayınma və ya yalan görə bilməzsiniz. Nə görürsünüzsə, odur. Onlar həmişə etdiklərini etməli olduqları kimi edirlər ki, sonra nəyisə dəyişməsinlər. Məsələlərə və problemlərə o qədər diqqətlə yanaşırlar ki, mahiyyətinin lap dərinliyinə varırlar. Kitab oxumağı çox sevirlər. Musiqi, rəsm, ümumilikdə sənət onların hər zaman maraq dairəsindədir. Hər şeyin gözəli onların zövqünü oxşayır.

 Tərəzilər hər zaman tarazlıqlarını qoruyurlar, onlar üçün hər şeyin gözəli tarazlıqdan başlayır.

Bütün bürclər